2026-cı ilin ilk yeddi günündə Çində iki Rusiya vətəndaşı maraqlı səbəbdən həbs edilib.
Lim10.az xəbər verir ki, onlar təyyarədə siqaret çəkdiyinə görə həbs ediliblər.
Diplomatik missiyanın kanalında hadisələrin təfərrüatlarının hələlik açıqlanmadığı yazılıb. Lakin səfirlik nümayəndələri qeyd ediblər ki, Çin qanunvericiliyinə uyğun olaraq, təyyarədə siqaret çəkmək, o cümlədən elektron siqaretlərin, veyplərin və qızdırılan tütün cihazlarının istifadəsi qəti qadağandır.
Diplomatik missiyanın rəsmiləri onu da vurğulayıblar ki, qadağa uçuşun bütün mərhələlərində — parklanma, qalxma və eniş zamanı tətbiq olunur. Bu qaydalar təyyarənin bütün sahələrinə, o cümlədən tualetlərə də şamil edilir.(Publika.az)



















