Azərbaycan sement ixracını artırıb



Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 27 074.51 min dollar dəyərində 575 849.03 ton hazır və ya klinker formasında sement ixrac edilib.

 Dövlət Gömrük Komitəsinin hesabatı əsasına görə, bu, 2021-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 41,3 faiz, həcm baxımından isə 13 faiz çoxdur.

Bu ilin oktyabr ayında ölkədən 3 146.36 min dollar dəyərində 59 858.79 ton sözügedən məhsullar ixrac olunub ki, bu da sentyabr ayı ilə müqayisədə dəyər və həcm ifadəsində müvafiq olaraq 13,3 və 12,3 faiz azdır.

Qeyd edək ki, cari ilin ilk 10 ayında sementin Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracında xüsusi çəkisi 1,21 faizə bərabər olub. Bu göstərici illik ifadədə 0,28 faiz bəndi artıb.