Azərbaycan Həştərxanda gəmi inşası imkanlarını nəzərdən keçirir


Azərbaycan Həştərxanın müvafiq zavodlarında gəmilərin inşası imkanlarını nəzərdən keçirir.
Rusiya mətbuatı xəbər verir ki, söhbət ixtisaslaşdırılmış gəmilər, həmçinin dredgerlər, yükdaşıyanlar və konteyner gəmilərindən gedir.
Tikinti üzrə birgə işlərlə yanaşı, Azərbaycan tərəfi əməkdaşlığın digər formalarını, o cümlədən yeni gəmilərin yığılmasını da nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Nəqliyyat və logistika infrastrukturunun inkişafına da böyük ümidlər bəslənir. Bura Xəzər dənizindən keçən tranzit marşrutlarının, eləcə də Şərq-Qərb və Şimal-Cənub istiqamətlərinin inkişafı daxildir.
Bildirilir ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı bütün tərəflər üçün faydalıdır. Lazımi infrastruktur işlərindən sonra bu dəhliz dəniz nəqliyyatının genişlənməsinə mühüm töhfə verəcək.