Azərbaycanda “Caucasus Ventures” adlı yeni vençur kapital fondu yaradılıb.

 

Fondun 8 payçısı var ki, bunlardan biri də dövlətdir.

Payçıların ortaq qərarı ilə Məmməd Kərimov fonda rəhbər təyin edilib. O, bu təyinata qədər “Khazar Ventures” Fonduna rəhbərlik edib.

Yeni vençur fondunun təqdimat mərasimində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib: “Dünya təcrübəsi göstərir ki, qrantların verilməsi nəinki inkişafa xidmət edir, əksinə sıradan çıxmaya şərait yaradır. Bu günə qədər Azərbaycanda stratapların maliyyələşməsi dövlət qrantları, bankların kredit vəsaitləri, nadir hallarda isə risk götürmək istəyən investorların kiçik investisiyaları hesabına olub. Biz isə dövlət olaraq hesab edirik ki, qrantların verilməsi startapların pis vərdişlərə aludə olmasına gətirib çıxarır”.

R. Nəbiyevin sözlərinə görə, bu “Caucasus Ventures” Fondu “Azərbaycan-2030” milli prioritetlər sənədinə uyğun gəlir.