NATO polkovniki ordumuzu təbrik etdi
NATO-nun polkovniki Azərbaycan Silahlı Qüvvələrini əla tərəqqi münasibəti ilə təbrik edib
NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali Baş Qərargahının (SHAPE) nümayəndəsi polkovnik İqor Tabulov-Truta Azərbaycan Silahlı Qüvvələrinin əldə etdiyi irəliləyişi əla adlandırıb.
“Mən Azərbaycan Silahlı Qüvvələrini əla tərəqqi münasibəti ilə təbrik etməliyəm ki, bizim Əməliyyat İmkanları Konsepsiyası vasitəsilə müxtəlif komponentlər uğurla tam döyüş qabiliyyətinə çatıb. Bu, böyük nailiyyətdir. Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi peşəkarlığı və fədakarlığı öz gözümüzlə görə bildik. .Azərbaycan NATO-nun güclü tərəfdaşı olub və belə də qalır, burada NATO-nun missiyalarına və əməliyyatlarına verdiyi töhfə, eləcə də əsas kadr vəzifələrinin dəyişdirilməsi həmişə əhəmiyyətlidir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi onun sözlərindən sitat gətirir