ABŞ-nin "Apple" şirkəti tərəfindən istehsal olunan "Mac Mini" kompüterlərinin yeni modeli bu ilin sonunda satışa çıxarılacaq və o, hazırda mövcud olan ən kiçik stolüstü kompüter olacaq.
Lim10.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, cihaz hazırda "Apple" tərəfindən hazırlanmış yeni nəsil "M4" prosessorları ilə təchiz olunacaq, artıq satışa çıxarılan modellər arasında bu prosessor yalnız "iPad Pro"da mövcuddur.
Qeyd olunur ki, yeni "Mac Mini" iki versiyada satılacaq, onlardan birində "M4"ün əsas versiyası, daha bahalı versiyada isə dəyişdirilmiş "M4 Pro" prosessoru istifadə olunacaq.
Bildirilir ki, bu model "Apple" şirkətinə Stiv Cobsun rəhbərlik etdiyi 2010-cu ildən bəri "Mac Mini" xəttində ilk böyük dizayn dəyişikliyinin nəticəsi olacaq.