Şimali Koreya lideri Kim Çen In sevmədiyi nənəsinin malikanəsini söküb.
Lim10.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, Kim Çen In nənəsinin evinin buldozerlə sökülməsinə göstəriş verib. Mənbələrin məlumatına görə, heç kimin yaşamadığı malikanənin qorunub saxlanması dövlət üçün çox baha başa gəlib.
"Ev 11 hektar meşə ilə əhatə olunmuş, Hapcanq çayı üzərindəki süni gölün yanında kiçik bir təpədə yerləşirdi. Ora həmçinin təhlükəsizlik hasarı ilə qorunurdu. Mühafizəçilər və digər işçilər üçün xüsusi otaqları var idi", - Şimali Koreya üzrə ekspert Ceykob Boql bildirib.
Boql xatırladıb ki, Kim Çen Inın nənəsi Kim Son E ölkənin hazırkı hökmdarının atası Kim Çen İrin qərarı ilə ev dustaqlığında olub. Buna səbəb kimi qadının sürgünə göndərilən digər oğlu Kim Phen İri hakimiyyətin yuxarı eşelonlarına gətirməyə çalışması göstərilib.