İranda təlim təyyarəsi qəzaya uğradı: Ölən və yaralanan var

İranda təlim təyyarəsi qəzaya uğrayıb, ölən və yaralanan var.

Lim10.az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Qeyd olunur ki, hadisə bu gün səhər saatlarında Əlborz əyalətinin Nəzərabad şəhərində, Salehiyə bataqlığı yaxınlığında baş verib.

Məlumata görə, qəza nəticəsində təlim keçən tələbə həlak olub. Təyyarənin pilotu yaralansa da, vəziyyəti ağır qiymətləndirilir. O dərhal xəstəxanaya aparılıb.

Qəzanın dəqiq səbəbləri hələlik bəlli deyil.