"Haber Global" televiziya kanalının çəkiliş heyəti Yay Olimpiya Oyunlarının keçirildiyi Paris şəhərində narkotik ticarəti ilə məşğul olan şəbəkənin izinə düşüb.
Emre Timur adlı əməkdaşın hazırladığı reportajda qeyd olunur ki, bir neçə gün əvvəl narkotik maddə almaqda şübhəli bilinərək saxlanılan avstraliyalı otüstü hokkeyçi Tom Kreyq də məhz həmin şəbəkə ilə təmas qurub.
Öz növbəsində adının anonim qalmasını istəyən narkokuryerlərdən biri Parisdə narkotik ticarətinin necə qurulduğunu və onun hansı miqyasda yayıldığından danışıb. O bu işə, hətta 19-20 yaşlı gənclərin də cəlb olunduğunu vurğulayıb.
Daha ətraflı videosüjetdə:
Parisdə narkotik ticarəti ilə məşğul olan şəxsdən dəhşətli etiraflar
Parisdə narkotik ticarəti ilə məşğul olan şəxsdən dəhşətli etiraflar