İlon Mask Venesuela prezidentinin kosmosdan lazerlə bığlarını yandırmaqla hədələdi

Amerikalı sahibkar və biznesmen İlon Mask Venesuela hakimiyyətinin ölkədə "X" sosial şəbəkəsinin fəaliyyətini dayandırmaq qərarından sonra "kosmik lazer"dən istifadə edərək Venesuela prezidenti Nikolas Maduronun bığını yandıracağını bəyan edib.

Lim10.az-ın verdiyi məlumata gör, o bu fikrini "X" sosial şəbəkəsində bölüşüb.

Sosial şəbəkədə istifadəçilər sahibkardan Venesuela hakimiyyətinin ölkədə "X" sosial şəbəkəsini cavab olaraq "kosmik lazerlər" hazırlayıb-hazırlamadığını soruşublar.

"Biz onun bığını kosmosdan yandıracağıq!" - deyə Mask bildirib.

Qeyd edək ki, Maduro "X" sosial şəbəkəsinin ölkədə qanunvericiliyi dəfələrlə pozduğunu və buna görə də onun Venesueladakı fəaliyyətinin 10 gün müddətinə dayandırılacağını bəyan edib. O, sosial şəbəkənin nifrət, faşizm, vətəndaş müharibəsi, venesuelalıların qarşıdurmasını və ölkənin bütün qanunlarını qızışdırdığını bildirib.