Türkiyənin cənubundakı Mersin vilayətində ildə 9 milyon sərnişinə xidmət göstərmək üçün nəzərdə tutulmuş Çukurova Beynəlxalq Hava Limanı açılıb.
Lim10.az Haber Global-a istinadən xəbər verir ki, Çukurova Türkiyənin 58-ci hava limanıdır. Onun tikintisi 244.5 milyon avroya başa gəlib.
Hava limanının 3 500 metr uzunluğunda uçuş-enmə zolağı CAT-II standartlarına uyğun tikilib və bütün növ təyyarələri qəbul edib yola salmaq qabiliyyətinə malikdir.
Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çukurova Hava Limanının "Türkiyənin region və dünya üçün hava qapısı" olacağını qeyd edib.