Lukaşenko hakimiyyətdən gedəcəyinə işarə etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko sakinləri ölkənin yeni liderinin olacağına öyrəşməyə çağırıb.

Lim10.az xəbər verir ki, bu barədə sb.by məlumat yayıb.

"Mən artıq hamınıza deyirəm: Prezidentin fərqli şəxs olacağına öyrəşməlisiniz, bu o demək deyil ki, sabah sizi tərk edəcəyəm. Amma həyatda hər şey ola bilər. Mənim hamınız kimi əbədi olmadığıma öyrəşməlisiniz", - deyə Lukaşenko Şklovski rayonunun Qorodişe kənd təsərrüfatı sahəsinə səfəri zamanı bildirib.

O qeyd edib ki, öz varisinə dinc ölkə miras qoymalıdır.

Lukaşenko vurğulayıb ki, hər şey ondan asılı deyil. "Hər kəs öz işi ilə məşğul olmalıdır. Əgər əkin və biçin lazımdırsa, o zaman bunu etməlisən. Mənim əsas vəzifəm ölkədə münaqişənin qarşısını almaqdır".

Qeyd edək ki, bu il Lukaşenkonun 70 yaşı tamam olur. O, 1994-cü ildən Belarus prezidentidir.

Ölkədə növbəti prezident seçkisi 2025-ci il iyulun 20-dən gec olmayaraq keçirilməlidir.