Populyar cizgi filminin yeni bölümü hazırlanır

"Pixar" animasiya studiyası məşhur silsilənin yeni bölümü - "The Incredibles 3" cizgi filmi üzərində işlədiyini elan edib.

Lim10.az championat.com-a istinadən xəbər verir ki, şirkət qarşıdan gələn ekran əsərinin rəsmi loqosunu açıqlayıb.

Cizgi filminin süjeti, onu səsləndirən aktyor heyəti və rejissoru barədə təfərrüat hələlik gizli saxlanılır.

Xatırladaq ki, orijinal "The Incredibles" 2004-cü ildə, ikinci hissəsi isə 2018-ci ildə buraxılıb. Yeni hissənin premyerasının ya 2025-ci ilin sonu, ya da 2026-cı ilin əvvəlində olacağı gözlənilir.