Serbiyanın Belqrad şəhərində litium mineralının hasilatı üçün şaxtanın açılmasına qarşı çıxan bir neçə min etirazçı prezident sarayının yaxınlığında avtomobillərin hərəkətini dayandırıb.
Lim10.az TASS-a istinadən xəbər verir ki, etirazçılar şəhərin mərkəzində "Moskva" hotelinin yaxınlığında toplaşıblar.
Onlar yolu zəbt ediblər. Polis əməkdaşları aksiyanın keçirildiyi ərazini və ona bitişik küçələri bağlamağa məcbur olublar.
Şəhərin mərkəzində nəqliyyatın hərəkəti çətinləşib.