Növbəti ilin prioritet sahələr müəyyənləşdirilir


Sahibkarlığın İnkişafı Fondu tərəfindən növbəti il üçün maliyyələşdiriləcək prioritet sahələr üzrə təhlillər aparılır.

Bu barədə Fondun İdarə Heyətinin sədri Osman Xaliyev deyib.

Onun sözlərinə görə, artıq Fond tərəfindən maliyyələşdirilən prioritet sahələr üzrə sahibkarlar tərəfindən müraciətlər daxil olur.

“Prioritet sahələr hər il olduğu kimi növbəti il üçün də müəyyənləşdirilir və onlar Müşahidə Şurası tərəfindən təsdiq olunduqdan sonra elan edilir. Ümumiyyətlə, deyə bilərəm ki, kənd təsərrüfatı, istehsal və emal sənayesi, o cümlədən xidmət, logistika, təhsil, tibb, turizm kimi sahələr prioritet sahələr hesab olunur”, - deyə O. Xaliyev qeyd edib.