Kriminal filmlərin ulduzu vəfat edib

Kriminal filmlərdə oynadığı rollarla məşhurlaşan Anhel Salazar vəfat edib.

Lim10.az kp.ru-ya istinadən xəbər verir ki, aktyor 68 yaşında dünyasını dəyişib.

Məlumata görə, o, Bruklindəki dostunun evində yataqda ölü tapılıb. Aktyorun ölümünün rəsmi səbəbi açıqlanmayıb. Lakin dostları Salazarın daimi ürək problemləri olduğunu iddia edirlər.

Salazar aktyorluq karyerasına 1979-cu ildə başlayıb. Sənətçi Al Paçinonun canlandırdığı qanqster Toni Montananın sadiq dostu rolunu oynadığı "Çapıqlı üz" filmində iştirakı ilə məşhurlaşıb. O, Al Paçino ilə daha bir filmdə - 1993-cü ildə "Karlitonun yolu" kriminal dramında da tərəf müqabili olub.