Çində pavilyonda istirahət edən insanlar ildırımın vurması nəticəsində həlak olublar

Çinin şərqindəki Szyansu əyalətinin Çançjou şəhərində parkda yerləşən pavilyona ildırım düşməsi nəticəsində altı nəfər ölüb, 10 nəfər yaralanıb.

Lim10.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (China Central Television - CCTV) məlumat yayıb.

Qeyd olunur ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.