"Tehran öz suverenliyini müdafiə etmək hüququndan istifadə etmək üçün heç kimdən icazə istəməyəcək".
Lim10.az TASS-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Nasir Kənani Böyük Britaniya, Almaniya və Fransanın Fələstinin HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verməkdən çəkinməyə çağırışını şərh edərkən deyib.
"İran suverenliyini və milli təhlükəsizliyini qorumaq, regional sabitliyi təşviq etmək və regionda terrorizm və qeyri-sabitliyin əsl mənbəyinə qarşı çəkindirici qüvvə yaratmaq əzmindədir və onun ayrılmaz hüquqlarından istifadə etmək üçün heç kimdən icazə istəməyəcək", - deyə Kənani İran XİN-in rəsmi "Telegram" kanalında bildirib.