AÇG və "Şahdəniz" üzrə gəlirlər 74% artıb
Bu ilin yanvar-noyabr ayları üzrə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə əldə olunan gəlir 9 161,0 mln. ABŞ dolları təşkil edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun hesabatına görə, bu, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 3 889,0 mln. dollar və ya 73,7 faiz çoxdur.
Hesabat dövründə "Şahdəniz" yatağı üzrə qaz və kondensat satışından əldə olunan gəlirin həcmi 85,7 faiz və ya 626,293 mln. dollar artaraq 1 357 mln. dollar təşkil edib.
O cümlədən cari ilin ilk 11 ayında "Şahdəniz" yatağı üzrə kondensatın satışından 328,567 mln. dollar əldə olunub ki, bu da illik nisbətdə 18,1 faiz və ya 50,389 mln. dollar çoxdur.