"Bir sözlə, bizi yaxşı gələcək gözləmir”
Azərbaycan Ermənistandan hərbi və mülki ziyanların ödənilməsi tələbi ilə beynəlxalq məhkəmələrə müraciət edəcək. Bunu erməni politoloq Ara Poqosyan deyib.
Poqosyan bildirib ki, Bakının bu pulu alması beynəlxalq konvensiyalara görə realdır.
“Əgər bu qəbul edilsə və məhkəmə yolu ilə pulu Ermənistan ödəməyə məcbur olsa, ölkə məhvə doğru gedəcək. Biz o zaman ölkənin bir hissəsini bu pul müqabilində Azərbaycana verməyə məcbur olacayıq. Təzminatı ödəmirik deyə bilməyəcəyik. Çünki o zaman ağır sankisyalarla üzləşə bilərik. Bir sözlə, bizi yaxşı gələcək gözləmir” -deyə politoloq bildirib..