Tədiyə balansımızda profsid yaranıb
2022-ci ilin 9 ayı üzrə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında neft-qaz qiymətlərinin və qeyri-neft-qaz ixracının əhəmiyyətli artımından təsirlənib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilir.
Cari əməliyyatlar balansında 17.7 mlrd. dollar profisit (artıq), kapital və maliyyənin hərəkəti hesabında isə 9.6 mlrd. dollar kəsir yaranmış, ehtiyat aktivləri 7.6 mlrd. dollar artıb.
Bu dövrdə xam neftin orta qiyməti 107 dollar/barel olmuş, qeyri-neft-qaz ixracı isə 21.5% artaraq 2.0 mlrd. dollar səviyyəsində formalaşıb.