Mərkəzi Bank uçot dərəcəsini 8,25 faizə qaldırıb



Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 8,25 faizə çatdırılıb.

AMB-nin qərarına əsasən, faiz dəhlizinin aşağı həddi 1,25 faiz artırılaraq 6,25 faizə qaldırılıb, yuxarı həddi isə 9,25 faiz səviyyəsində dəyişməz saxlanılıb.

Faiz dəhlizinin eninin daraldılması qərarı 2022-ci ilin avqust ayında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib.