Moskva birjası Azərbaycan manatı ilə ticarətə başlamağı planlaşdırır
Moskva birjası 2023-cü ildən etibarən Azərbaycan manatı ilə ticarətə başlamaq imkanlarını nəzərdən keçirir.
Rusiya mətbuatına xəbər verir ki, bu barədə jurnalistlərə Moskva birjasının Biznesin inkişafı departamentinin idarəedici direktoru Kiril Pestov deyib.
Onun sözlərinə görə, ümumilikdə Rusiya Federasiyasının əsas xarici ticarət tərəfdaşları olan 10-a yaxın ölkənin valyuta cütlüyü nəzərdən keçirilir.
"Biz digər valyutaların potensialını işə salmaq və inkişaf etdirmək imkanlarını öyrənəcəyik, tənzimləyicilər və bazar iştirakçıları tərəfindən buna maraq var", - deyə K.Pestov qeyd edib.