Gübrə ixracı artıb



Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycandan 198 649,83 min ABŞ dolları dəyərində 335 481,44 ton azot gübrəsi ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2021-ci ilin eyni dövrü ilə müqayisədə ixracın dəyəri 2,1 dəfə, həcmi isə 16,4 faiz atıb.

Bu ilin noyabr ayında ölkədən 16 791,88 min dollar dəyərində 31 218,94 ton məhsul ixrac olunub ki, bu da oktyabr ayı ilə müqayisədə dəyər ifadəsində 8,4 faiz az, həcm olaraq isə 9,3 faiz çoxdur.

Qeyd edək ki, cari ilin ilk 11 ayında gübrənin ümumi ixracda xüsusi çəkisi 0,55 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 7,39 faizə bərabər olub.