Ermənistanın İtaliya ilə ticarəti ölü nöqtədən çıxa bilmir - ilginc səbəblər...

 

Ermənistana nisbətən Azərbaycanın İtaliya ilə iqtisadi ticarət dövriyyəsinin həcmi 38.4 dəfə çoxdur

Prezident İlham Əliyev İtalya səfəri ərəfəsində bu iki ölkə arasında iqtisadi ticarət dövriyyəsinə diqqət yetirdikdə bu dövriyyənin ötən il 16 milyard ABŞ dollarına yaxın olduğunun şahidi olduq. Ticarət dövriyyəsində Azərbaycan ixracatınin böyük üstünlüyə malik olduğu da diqqətdən yayınmadı. 

Belə ki, 15,7 milyard dollarlıq ticarət dövriyyəsinin 500 milyon dolları İtalyadan idxalın, 15,2 milyard dolları isə Azərbaycandan ixracatın payına düşur. Amma olduqca maraqlıdir ki, bizimlə müharibə vəziyyətində olan, sülh sazişındən yayınmağa çalışan Ermənistanın bu ölkə ilə ticarət əlaqələri hansı səviyyədədir və ticarət dövriyyəsində dominatlıq bu iki ölkədən hansının payına düşür?

Bu suala cavab verməzdən əvvəl onu qeyd edək ki, İtaliya tarixən özü də seperatçılığın qurbanı olduğuna görə dünyanın seperatçı ölkələri ilə siyasi və iqtisadi münasibətlər qurmaqda, bu münasibətləri inkişaf etdirməkdə maraqlı görünmür. Bu baxımdan İtaliyanın Ermənistanla sıcaq siyasi, çoxmilyardlı dövriyyəyə malik iqtisadi-ticarət əlaqələri qurmaq ehtimalı çox aşağidir. Çunki hazirda Ermənistan özü də dolayısi ilə etiraf edir ki, 30 il ərzində Azərbaycanın 20 faizini işğal altında saxlayıb və oradakı separatçi rejimə hərtərəfli dəstək verib, onu himayə edib.

Digər tərəfdən, İtaliya ilə Fransa arasında tarixən münasibətlər gərgin olub. Hazırda bu iki ölkə arasında düşmənçilik olmasa da, münasibətlər kifayət qədər soyuqdur. Fransa və İtalya arasında soyuq münasibətin hazırda davam etməsinə Makron iqtidarının müstəmləkəçilik siyasətinin bu gün də surdürülməsi öz təsirini göstərir. Məsələn, Fransa 21-ci əsrdə müstəmləkəsi olan Kataloniyaya  müstəqillik vermək fikrində deyil, burada xalqın azadlıq hərəkatı həmişə qan içində boğulur. Bu baxımdan Ermənistanla İtaliya arasında soyuq münasibətlərin səbəblərindən biri də Makron hökumətinin İrəvana himayədarlıq etməsi sayıla bilər.

İndi isə gəlin, məsələyə Ermənistanın öz rəsmi statistikasinın gözü ilə baxaq. Rəsmi statistika göstərir ki, Ermənistanla İtaliya arasında ticarət dövriyyəsi hələ də dalana dirənmiş vəziyyətdədir. Belə ki, Ermənistan Respublikasının Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Ermənistan və İtaliya arasında ticarət dövriyyəsinin həcmi 417 milyon dollar təşkil edib. Ermənistanın xarici ticarətinin ümumi həcmində İtaliyanın payı 3% təşkil edir. Bu göstəriciyə görə, İtaliya Ermənistan Respublikasının on beşinci sırada bərqərar olan iqtisadi tərəfdaşıdır.

İtaliya ilə ticarətdə bir çox başqa ölkələr kimi Ermənistan da əsasən idxalçı kimi çıxış edir. Belə ki, 2023-cü ildə İtaliyadan Ermənistana təxminən 353 milyon dollar dəyərində mal tədarük edilib. Eyni dövrdə isə Ermənistandan İtaliyaya ixrac cəmi 64 milyon dollar təşkil edib.

Goründuyu kimi, Ermənistanın İtalya ilə iqtisadi ticarət dövriyyəsi ilə Azərbaycanın İtalya ilə ticarət dövriyyəsi arasında fərq faizlə deyil, on dəfələrlə ölçülür. Beləliklə, Ermənistana nisbətən Azərbaycanın İtaliya ilə iqtisadi ticarət dövriyyəsinin həcmi 38.4 dəfə çoxdur.

Buyurun, bu da fərq, separatizmin enində-sonunda dünyanın küncunə sıxışdirilacaği qaçılmazdır. Bu gün Ermənistana dəstək verən, onu himayə edən dövlətlər elə onun özü kimi separatçılar və müstəmləkəçilərdir. Amma Ermənistan cəmiyyəti və hökuməti əmin olmalıdır ki, onun seperatçılığına verilən istənilən dəstək Azərbaycan dövlətinin qüdrəti qarşısında aciz olacaq. Ataların bir misalı var, ulaq ata deyir ki, qoy böyüyüm, sən boyda olanda dalasariq. At isə deyir ki, sən mən boyda olana qədər mən fil boyda olacam. İndi Ermənistanin "at boyuna" çatmasına hələ əsrlər gərəkir.

Dəniz NƏSİRLİ