Dünya neft-qaz ehtiyatları və hasilatına dair göstəricilər
Son zamanlar “yaşıl” iqtisadiyyatın genişlənməsinə baxmayaraq, hələ də neft Yer kürəsində ən qiymətli resurs olaraq qalır. Təsadüfi deyil ki, dünya enerji istehlakında onun payı 31 faizdir (1970-ci illərin əvvəllərində bu göstərici 45 faiz təşkil edib). Bu, qaz, kömür, həmçinin bərpa olunan enerji mənbələrinin analoji göstəricisindən yüksəkdir.
Dünya üzrə neft ehtiyatları cəmi 1732,4 milyard bareldir. Ondan 1214,7 milyard bareli OPEC, 260 milyard bareli OECD ölkələri, 2,4 milyard bareli isə AB-nin payına düşür.
Dünya neft ehtiyatlarının təxminən 2/3-si, dünya neft hasilatının 35 faizi, dünya neft ixracının isə yarısı OPEC ölkələrinin payına düşür. Bu barədə “BP Statistical Review of World Energy” hesabatında deyilir. Hesabatda digər maraqlı məqamlara da toxunulub.