Ermənistan parlamentinin spikeri ölkənin KTMT-dən çıxmasını istisna etmədi

Ermənistanın parlament spikeri Alen Simonyan ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı brifinqdə açıqlama verib.

Lim10.az bu barədə TASS-a istinadən xəbər verir.

"Ermənistan KTMT-dən çıxa bilər, belə bir ehtimalı istisna etmək olmaz", - deyə spiker brifinq zamanı jurnalistin sualına cavab verib.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışında ölkənin təşkilatda iştirakını dondurduğunu bildirmiş, həmçinin KTMT-nin iki üzv ölkəsinin Ermənistana qarşı müharibə hazırladığını iddia etmişdi. Jurnalistin bu ölkələri açıqlamağa hazır olub-olmadığı sualına erməni baş nazir bunu məqsədəuyğun hesab etmədiyini bildirmişdi.