Ermənistan rus silahını gizlicə Ukraynaya ötürür, əvəzinə Qərb silahı alır...

Abutalıb Səmədov: "Rusyanin ata biləcəyi kifayət qədər addimlar var, amma bunu etmir - ikinci cəbhə açmaq istəmir"

Ermənistan rəsmi olaraq Ukraynaya silah göndərməyə başlayıb. Qərb mediası yazır ki, bu cür mesajlar eyni anda bir neçə mənbədən gəlib. Bildirilir ki, İrəvan Ukraynaya sovet tipli silahlar verməyə başlayıb.

Məlumata görə, hələ avqustun 28-də Ermənistan Avropa Komissiyası ilə müqavilə imzalayıb və bu müqaviləyə əsasən, respublika 210 milyon avro müqabilində sovet istehsalı olan tanklar və hava hücumundan müdafiə sistemləri üçün raketləri Avropaya göndərməyi öhdəsinə götürüb. Transferin Gürcüstan limanları vasitəsilə həyata keçirildiyi bildirilir.

Ermənistanla Rusiya arasında münasibətlərin pozulması, Paşinyanın ölkədə Rusiya hərbi varlığına son vermək istəyi artıq çoxdan ortadadır. Buna görə də rus silahları artıq Ermənistana lazım deyil, zaman-zaman onları Avropa və Amerika silahları əvəzləyəcək. Çünki Ermənistanın siyasi kursu Avropaya inteqrədır. Amma Ermənistanın Rusiya ilə savaşan ölkəyə - Ukranaya onun özünün istehsalı olan silahları satması artıq yeni xəbərdir. Üstəgəl, bu informasiyanın bir neçə Qərb mənbələrindən gəlməsi daha çox maraq kəsb edir. Bəlkə Qərb, yalan və ya doğru, bu məlumatı ona görə mediaya sızdırır ki, Rusiya ilə Ermənistan arasında yaranan uçurum bir az da dərinləşsin və geridönməz xarakter alsın?

Məsələni politoliq Abutalıb Səmədovla müzakirə etdik. Mütəxəssis bildirdi ki, Ermənistanin Ukraynaya silah tədarük etməsi ilə bağlı məlumatlar hələ ötən ilin sonlarından yayılmağa başlayıb: "Bir sıra mətbu orqanlar yazırdılar ki, Ermənistan Avropa Birliyi ilə razılıq əsasında özündə olan Rusiya silahlarının bir hissəsini Ukraynaya vermək qərarına gəlib. Sonradan Ermənistan Müdafiə Nazirliyi bu məlumatları təkzib etdi. Ancaq bu qəbildən olan informasiya yayilmaqda yenə də davam edir. Buna baxmayaraq, hələ Ermənistan Müdafiə Nazirliyindən oxsar təkzib gəlməyib. Yəqin yaxın vaxtlarda yenə oxsar təkzib gələcək ki, Ermənistan Ukraynaya silah vermir. Lakin ortada müəyyən reallıqlar mövcuddur - Ermənistan Rusiyadan silah almaq üçün 400 milyon dollar pul verib və neçə ildir dəyəri ödənilmiş silahlari ala bilmir. Çunki Rusiya Ukrayna ilə müharibədə kifayət qədər çətin durumdadır. Ermənistan 400 milyon dollar müqabilində Rusiyaya müəyyən müəssisələri ona verməyi təklif edib.

Xatırladılır ki, Ermənistanın Rusiyaya olan təxminən 90 milyon dollar borcunun qarşılığında Rusiya Ermənistananın 4 iri müəssisəsini onun əlindən alıb. Bunların içərisində "Razdan" İES də var. İndi Ermənistan Rusiyaya qarşı eyni tələbi irəli sürür ki, sənin mənə 400 milyon borcun var, onun müqavilində müəyyən dövlət müəssisələrini mənə ver - heç olmasa Ermənistandan aldıqlarının bir hissəsini qaytar. Amma Rusiya buna razılaşmır. Ermənistan onu da başa düşür ki, müharibədən dərhal sonra planlaşdırılan Rusiya-Ermənistan planını reallaşdirmaq mümkun olmayacaq. Yəni Rusiya üzərinə öhdəlik götürmüşdü ki, Ermənistan ordusunu moderinləşdirsin. Ancaq baş verən sonrakı hadisələr bunu mümkünsüz etdi və Ermənistan Qərbə üz tutdu. İndi bu əksəriyyəti keyfiyyətsiz olan Rusiya silahlarını saxlamağin bir mənasi da yoxdur. Əgər Avropa bu silahların əvəzinə müasir silahlar verməyi öz üzərinə götürürsə, təbiidir ki, Ermənistan Rusiya silahlarından qurtulmaq istəyir. Ancaq bunu birbaşa Ukraynaya verərmi, təbiidir ki, verməz. Lakin bunu üçüncü ölkə - Avropa ölkələri vasitəsilə reallaşdıra bilər, bu, Ermənistanın maraqlarına uyğun gəlir. O qədər metal qırıntısını ölkə ərazisində saxlamağa ehtiyac yoxdur və günbəgün bu silahlar əhəmiyyətini itirir, mənəvi və fiziki köhnəlməyə məruz qalır. Ermənistanın Avropa ilə müəyyən razılıga gəlməsi - müasir silahlar müqabilində Rusiya silahlarını onlara verməsi ehtimalı kifayət qədər realdir. Təbii ki, bu gün o silahlar Ukraynadan başqa hec kimə lazım deyil. Artiq Ukrayna köhnə silahlar meydanına çevrilib. Bir yaxınlarda Türkiyə prezidenti açıq şəkildə demişdi ki, Qərb Ukraynaya silah əvəzinə metal qırintısı, istifadə etməyəcəyi köhnə silahları verir. İndi köhnəlmiş Rusiya silahlarından qurtulmağin yeganə yoiu onu hansısa formada Ukraynaya çatdirmaqdir, Ermənistanı da bu variant qane edir. Bunun qarşılığında Rusiya hansi addımlar ata bilər?

Rusyanin ata biləcəyi kifayət qədər addimlar var, amma bunu etmir - ikinci cəbhə açmaq istəmir, Ukrayna ilə məsələni yekunlaşdirandan sonra Ermənistanla daha ciddi şəkildə məşğul olmaği planlasdırır. Qərbin və Zekenskinin planlaşdirdıği, Rusiyanin da arzuladığı kimi, ilin sonunda sülh forumu keçirib, muəyyən sənəd imzalamaq mümkün olsa, ondan sonra Ermənistanın növbəsi çatacaq və onu ağir günlər gözləyəcək.

İlk növbədə iqtisadi xarakterli sanksiyalar tətbiq edilə bilər. Ermənistanın son illər inkisaf edən iqtisadiyyatnın kökündə onun Avrasiya İqtisadi Birliyinin üzvü olmasi dayanır. Bu birlikdən ən cox xeyir götürən rəsmi İrəvandir.

İkincisi, Rusiya Ermənistanaın ən böyük ticarət tərəfdaşıdır. Bu da Rusiyaya əlavə imkanlar verir. Üçuncüsü, ermənilər Rusiyada işləyib, Ermənistana külli miqdarda vəsait göndərirlər.

İl ərzində 500-800 min arasi erməni Rusiyada işləyib vətəninə 4 milyard dollar həcmində pul göndərir. Rusiyada işləyən əcnəbilər arasında ən yüksək göstərici ermənilərə məxsusdur. Rusiya Ermənistana İrandan da ucuz qaz verir, qazın qiymətini qaldıra bilər. Qaz qiymətlərinin qalxması Ermənistan iqtisadiyyatında ciddi problemlər yarada bilər.

Ermənistanin xaricə çixışı onsuz da məhduddur, Rusiya Lars kəçid məntəqəsini bağlasa xaricə çıxış bir qədər də məhdudlaşacaq. Butun bunlar Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra baş verəcək. Umid edək ki, bu ilin sonuna qədər həmin müharibə bitəcək və ya ən azi atədkəs sazişinin imzalanması mümkun olacaq".

Dəniz NƏSİRLİ