Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edib
Bayramqabağı əhalinin istehlak səbətində əsas yer tutan məhsullara tələbatın artması fonunda qiymət manipulyasiyalarına yol verilməməsi üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq subyektlərinə müraciət edir.
Qeyd edək ki, əgər ölkə iqtisadiyyatında rəqabət mühiti olsaydı, Dövlət Xidmətinin bu cür çağrışlarına heç bir ehtiyac qalmazdı. Çünki rəqabətli bazar mühitində sahibkar - satıcı müştəriyə daha ucuz və daha keyfiyyətli mal təklif etməyə çalışır.