Mərkəzi Bank pul siyasəti qərarlarının tarixini açıqladı
2022-ci ildə olduğu kimi 2023-cü ildə də Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə 8 dəfə baxmağı planlaşdırır.
Bu barədə Mərkəzi Bank məlumat verir.
Məlumata görə, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə fevralın 1-də, martın 29-da, mayın 3-də, iyunun 21-də, iyulun 26-da, sentyabrın 20-də, noyabrın 1-də və dekabrın 20-də açıqlanacaq.
Qərarlardan dördünü qurumun sədri Taleh Kazımov mətbuat konfransında açıqlayacaq. Media nümayəndələri ilə görüşlər fevral, may, iyul və noyabr aylarına nəzərdə tutulub.