Heydər Əliyev Fondu tərəfindən Şamaxıda inşa olunan məktəb istifadəyə verildi

Heydər Əliyev Fondu tərəfindən inşa edilən Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbi istifadəyə verilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, 1975-ci ildə tikilən və tamamilə yararsız vəziyyətə düşən Şamaxı rayonu Hacıqədirli kənd tam orta məktəbi üçün yeni bina inşa olunub.

Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan 132 şagird yerlik üç korpusdan ibarət ikimərtəbəli yeni məktəb binasında 10 sinif otağı, fizika və kimya laboratoriyaları, informatika, hərbi təlim, əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.