BTQ dəmir yolunun ötürücülük qabiliyyəti artırılacaq
Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması üzrə işlər 2024-cü ildə yekunlaşacaq.
Gürcüstan mediasının məlumatına görə, bu barədə hökumətin 2022-ci ildə gördüyü işlər barədə hesabat verərkən ölkənin Baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, bu gün işlər aktiv şəkildə aparılır və artıq 86 faiz icra olunub.
“Bakı-Tbilisi-Qars layihəsi (dəmir yolunun ötürücülük qabiliyyətinin artırılması üzrə işlər – red.) 2024-cü ildə tamamlanacaq. Dost Azərbaycanla birlikdə bu layihənin başa çatdırılması üçün əlavə 100 milyon dollar ayrılması barədə razılığa gəlmişik”, - deyə İ.Qaribaşvili qeyd edib.