"Ermənilər Qərbi Azərbaycanda yüzlərlə ziyarətgahımızı dağıdıblar
Ermənilər Qərbi Azərbaycanda yüzlərlə ziyarətgahımızı dağıdıblar, - Filologiya elmləri doktoru, professor Avtandil Məmmədov.
“Qərbi Azərbaycanda yaşayan soydaşlarımız bir əsrdə dörd dəfə deportasiya edilib. bu sürgünlər zamanı onlar təkcə mülklərindən deyil, yüz illər boyu onların ibadətgahları olan ziyarətgahlardan da məhrum ediliblər. Ziyarətgahlarımız erməni vandalizminin obyektinə çevrilib”, - deyə Avtandil Məmmədov vurğulayıb.
O, xüsusilə Amasi rayonunun Ağbaba rayonundakı tarixi-dini abidələrin yerlə-yeksan edildiyini dilə gətirib: “Onların arasında təkcə Ağbabadakı ziyarətgahlar deyil, Mesxeti, Aran Borçalı, Çıldır, Qars kimi 3 min metr dəniz səviyyəsindən yüksəklikdə yerləşirdəniz ziyarətgahlar, karvan yolu boyunca yerləşən məbədlər, Bəzirgan, Öysüz, Qızıldağ və s. tarixi abidələr məhv 3dilib
Avtandil Məmmədov qeyd edib ki, sadalanan ziyarətgahlarla yanaşı, Amasiya kəndi yaxınlığında, Arpaçayın sol sahilində Dərə Ocağının, Çivinli çayının sahilində Süddaşının, Seyid Abbas kəndində, Ocaqqayanın ibadət yerləri Mağaracıq, Qaragüney, Güllücə kəndi yaxınlığında, Qızılqoç və bir çox başqa ziyarətgahlar vəhşicəsinə dağıdılıb.
A. Məmmədov Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşündə qaldırılan məsələlərin həllinin bu sahədə araşdırmalara yeni təkan verəcəyinə inanır.