Bəlalarımız Allahın lütfüdür!
Bir gəmi qəzaya düşərək batır. Gəmidən yeganə sağ xilas olan adamı dalğalar kiçik, kimsəsiz bir adaya qədər sürüyür. Adam ilk günlər özünü qurtarmasını üçün ALLAHa yalvardı və kömək taparam ümidiylə üfüqə baxdı. Amma nə gələn oldu, nə gedən… Daha sonra küləkdən, yağışdan və vəhşi heyvanlardan qorunmaq üçün ağac budaqlarından və yarpaqlardan bir daxma düzəltdi. Sahildə tapdığı, gəmidən geriyə qalan konserv, kompas kimi əşyaları da bu daxmaya qoydu. Günlər həmişə eyni şəkildə keçirdi. Balıq ovlayır, bişirib yeyir və üfüqü müşahidə edir, özünü qurtarması üçün ALLAHa dua edirdi. Bir gün şirin su gətirmək üçün yürüyüşə çıxdı və geri döndüyündə daxmasının alovlar içində yandığını gördü. Tüstü, rəqs edə edə göyə yüksəlirdi. Başına gələ biləcək ən pis şey idi bu. Artıq qorunacağı, daldalanacağı bir daxması belə qalmamışdı. Kədər və hirs içində dondu qaldı. İndi bu kimsəsiz adada, başını soxa biləcəyi bir daxma belə yoxuydu. "ALLAHım, bunu mənə necə edə bildin?" deyə fəryad etdi. O gecəni kədər və üzüntü içində keçirdi. O qədər dua etdiyi halda, başına bu hadisə gəldiyi üçün ALLAHa sitəm etdi. Ertəsi səhər erkən saatlarda, adaya yaxınlaşmaqda olan bir gəminin fit səsiylə oyandı!
Əldən düşmüş adam onu qurtaranlardan soruşdu -Mənim burada olduğumu necə anladınız?"
Cavab onu həm çaşdırdı, həm də utandırdı: -Tüstü ilə verdiyiniz işarəni gördük!"
Bəzən başımıza gələn pis hadisələr ALLAHın bizə bir lütfü ola bilər. Odur ki, səbr edib, şükr etmək lazımdır. Hər işdə bir xeyir var.. Bizim üçün ən yaxşısını ALLAH bilir.
Elyar İslamoğlu