Ötən il dünya 30 trilyon dollar itirib
Qlobal fond birjaları və istiqraz bazarları 2022-ci ildə ümumilikdə 30 trilyon dollara qədər itirib.
“Financial Times”ın məlumatına görə, bu, 2008-ci il böhranından sonra qlobal iqtisadiyyata vurulan ən güclü zərbədir.
Əsasən Nyu-York, Şanxay və Frankfurt-Maynda fond bazarları əhəmiyyətli dərəcədə təsirlənib, “S&P 500” indeksi təxminən 20%, “Nasdaq” fond indeksi isə 33% ucuzlaşıb. Çində – Şanxay və Şençjendə “CSI 300” indeksi xeyli aşağı düşüb: yuanda 22%, dollarda isə 28%.
Bundan əlavə, 2022 MSCI Bütün Dünya İnkişaf etmiş və İnkişaf etməkdə olan Bazarlar İndeksi öz dəyərinin 20%-ni itirib.