Ötən il Azərbaycan nefti 42.2 faiz bahalaşıb
2022-ci ilin nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 103,33 ABŞ dollarına bərabər olub.
SOCAR-ın statistik göstəricilərinə görə, bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 31,7 dollar və ya 44,2 faiz çoxdur.
Ötən il ərzində ən yüksək göstərici 135,99 dollar təşkil edib (8 mart 2022-ci il), ən minimal göstərici isə 78,07 dollar səviyyəsində olub (8 dekabr 2022-ci il).