​Qarabağın nadir üzüm sortları yenidən çoxaldılır



Qarabağın nadir üzüm sortlarından olan Qara lkeni Azərbaycanın ən qiymətli qara giləli texniki üzüm sortudur.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda (ÜŞETİ) milli brendlərin istehsalı və ixrac potensialının yüksəldilməsi məqsədilə itmək təhlükəsi olan yerli üzüm sortları sürətli üsullarla artırılır. İstehsalçıların keyfiyyətli əkin materialları ilə təmin edilməsi üçün yerli üzüm sortları aşkarlanıb toplanır. ÜŞETİ yerli üzüm sortlarının genetik müxtəlifliyini müasir üsullarla öyrənmək üçün Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu ilə elmi əməkdaşlıq barədə müqavilə imzalayıb.