Minimum əməkhaqqının 345 manata qaldırildi
Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği 345 manat müəyyən edildi.
Prezident İlham Əliyev “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
Əhalinin rifahının qorunması sahəsində tədbirlərin davam etdirilməsi məqsədilə qərara alınıb ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilsin.
Nazirlər Kabinetinə tapşırılıb ki, 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Nazirlər Kabinet həmçinin öz aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.