"Son nəfəsə kimi mübarizə aparacayıq!”
Mirəkbər Hüseyni
Cəsur azərbaycanl yeniyetmə Mirəkbər Hüseyni Təbriz zindından molla rejiminə mesaj göndərib:
“Mən, əsgər Mirəkbər Hüseyni and içmişəm ki, xalqı bədbəxt, qəm və matəmxanaya çevirən bu mollaların qatil sistemi ilə ömrümün sonuna qədər mübarizə aparacağam. Bu məmurlar etiraz edənləri güllələyərək hamını ağlamağa vadar edir və mən ölkəmin həlak olan analarına, Tahirə Bejrovani kimi həyatını itirənlərə və azadlıqsevər şəhid analarına dərin hüznlə kədərlənirəm. Onlar heç bir cinayət törətməmiş, günahsız insanlardır. Azadlıq istəyənlər həbsxanada çürüyürlər, biz onların azad edilməsi və İslam Respublikasının yırtıcı rejiminin məhv edilməsi üçün son nəfəsə kimi mübarizə aparacayıq!”.
Qeyd edək ki, Mirəkbər Hüseyni ötən il dekabrın 27-də Aylar Həqqinin 40 mərasimində Təbrizdə həbs edilib. O, “rejimə qarşı təbliğat fəaliyyəti”nə görə müxalifətçi kimi ittiham olunaraq 19 ay müddətinə həbs edilib.