Daha 5 faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Fevralın 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 5 faydalı qazıntı yatağı hərraca çıxarılacaq.

İddiaçılar Xızıda “Şurabad” qum yatağı, Balakəndə “Göyəmtala” gil yatağı, Qazaxda “Aşağı Salahlı” gil yatağı, “Daş Salahlı-III” sement xammalı yatağı, Ağstafada “Acıdərə” vulkan külü yataqlarını özəlləşdirmək üçün müvafiq sənədləri fevralın 8-i saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər məlumat almaq, xidmət haqqı və 10 faiz beh məbləğini ödəmək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər.