Dövlət sektorunda çalışanların 50 faizinin əməkhaqqı artacaq
Əməyi 1-16 dərəcə ilə ödənilən işçilərin əməkhaqları minimum əməkhaqqının artımına uyğun artırılır. Bu, o deməkdir ki, əməyinin ödənişi bu dərəcələr arasında ödənilənlərin əməkhaqları 15 faiz artacaq. 17-19-cu dərəcə ilə əməkhaqqı alanlarda isə artım faizi aşağı olur. Minimum əməkhaqqının artması dövlət sektorunda çalışanların 50 faizinin və ya hər iki nəfərindən birinin əməkhaqqısı artacaq.
Buradan həm də belə bir nəticə çıxır ki, dövlət sektorunda çalışanları tən yarısı minimum əməkhaqqı həcmində maaş alırmış.
Əmək pensiyasının minimum məbləğinin 280 manata yüksəldilməsinə gəlincə, bu, pensiya məbləğləri bu həddən aşağı olanlara aiddir. Yəni, hazırda 280 manatdan az məbləğdə pensiya alanların pensiyası bu göstəriciyə çatdırılacaq. Artımdan təxminən 100 min pensiyaçı yararlanacaq. Əmək pensiyasının minimum məbləği sonuncu dəfə ötən ilin əvvəlində 200 manatdan 240 manata yüksəldilmişdi.