SOCAR Gürcüstana "Avro 5" standartı dizel ixrac edəcək
2023-cü ilin yazından etibarən "SOCAR" Gürcüstana "Avro 5" standartına uyğun dizel ixrac etməyə başlayacaq.
Bununla da, ən keyfiyyətli yanacaq Gürcüstana Azərbaycandan daxil olacaq.
Belə ki, Bakıdakı dizel zavodunda uzun müddətdir ki, təmir işləri aparılırdı, hazırda isə bu tamamlanma mərhələsindədir və zavod yazdan etibarən "Avro 5" standartına uyğun dizel yanacağı istehsal etməyə başlayacaq.
Qeyd edək ki, indiyədək "SOCAR"ın Gürcüstana dizel ixracatında payı 40%-ə qədər idi. Lakin 2022-ci ildə zavodun yenidən texniki təchizatı ilə əlaqədar müvəqqəti olaraq bu pay azaldılıb. Cari ildən isə “SOCAR” bu payı yenidən bərpa edəcək. Bu da o deməkdir ki, adi istehlakçılar və korporativ müştərilər nisbətən aşağı qiymətə ən yüksək keyfiyyətli "Avro 5" dizelini əldə etmək imkanı qazanacaqlar. Aşağı qiymət qonşu ölkənin coğrafi yaxınlığı, sadələşdirilmiş logistika zənciri, qısa daşınma müddəti və idxal olunan məhsulların öz maya dəyəri ilə bağlıdır.