Etirazçı ekoloqlar erməniyə yardım edib

Şuşada etiraz aksiyası keçirən azərbaycanlılardan kömək istəyən erməniyə yardım edilib (VİDEO)

 

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini bildirib.

 Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona qayğı ilə yanaşılıb. Mülki erməni sakinə yardım edildikdən sonra Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib.

Bununla da azərbaycanlı ekofəallar bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş etdiriblər.