Sahibkarlıq subyektlərinin nəzərinə!

Yanvarın 10-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsini təsdiq edən sertifikatın Bakı şəhəri üzrə verilməsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturuna daxil olan “Bakı KOB evi”ndə həyata keçiriləcək.

Sahibkarlar mənşə sertifikatını əldə etmək məqsədilə Dövlət Xidmətinin “Bakı KOB evi”ndə xidmət göstərən pəncərələrinə yaxınlaşaraq aidiyyəti üzrə müraciət edə bilərlər. İqtisadiyyat Nazirliyinin rəsmi səhifəsində “Elektron xidmətlər” bölməsi (https://e-services.economy.gov.az/sertifikatlar/menseForm.aspx) vasitəsilə mənşə sertifikatı üçün müraciət etmiş sahibkarlar da “Bakı KOB evi”nə gəlməklə onlayn qaydada sifariş etdikləri sertifikatı təhvil ala bilərlər.

Ünvan: Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə