Serbiya biznes dairələri ilə əməkdaşlıq genişlənir
Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) ilə Serbiya Ticarət və Sənaye Palatası (STSP) arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Sazişi imzalanıb.
ASK-dan verilən məlumata görə, sənəd Serbiya biznes dairələri ilə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi, eləcə də Azərbaycan sahibkarlarının ixrac-idxal potensialının və hər iki ölkədə investisiya qoyuluşlarının artırılması məqsədini daşıyır.
Sazişə əsasən, ASK və STSP tərəfindən qarşılıqlı biznes missiyaların, sərgilərin və işgüzar forumların keçirilməsi, potensial layihələrin birgə reallaşdırılması, həmçinin, məlumat mübadiləsi və ya mütəxəssislər vasitəsilə qabaqcıl təcrübənin öyrənilməsi planlaşdırılır.