İsrail ordusunun nümayəndəsi: "Heç bir ziyan dəyməyib"

İranın raket hücumu İsrailə ciddi ziyan vurmayıb, ölkənin hərbi hava qüvvələrinin döyüş qabiliyyətinə də toxunulmayıb.

Lim10.az xəbər verir ki, bunu İsrail ordusunun nümayəndəsi Anna Ukolova "Telegram" kanalında yazıb.

"İsrailin mərkəzində və cənubuna bəzi zərbələr olub, lakin İran tərəfdən çoxlu xəbərlər var, buna görə də vurğulamaq lazımdır ki, Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətinə heç bir ziyan dəyməyib",- o bildirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yəhudi dövləti ərazisinə endirdiyi raket zərbəsi zamanı İsrail Hərbi Hava Qüvvələrinə məxsus 20-dən çox "F-35" təyyarəsi vurulub.

Lim10.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

SEPAH-dan verilən açıqlamaya görə, İsrailin Nevatim aviabazasına raket zərbəsi endirilib.

Hadisə ilə bağlı başqa təfərrüat açıqlanmır.