22,3 milyard kubmetr qaz ixrac etmişik
Bəs pulları hanı?
Azərbaycandan 2022-ci ildə 22,3 milyard kubmetr qaz ixrac edilib.
- 2022-ci ildə 6,5 faiz artımla hasil edilən 46,7 mlrd. kubmetr qazın 22,3 mlrd. kubmetri ixrac edilib.
Energetika Nazirliyinin yaydığı məlumata əsasən bu il ölkənin qaz ixracı 18 faiz artıb. İxracın 51 faizi (11,4 mlrd. kubmetri) Avropanın, 38 faizi (8,4 mlrd. kubmetri) Türkiyənin, 11 faizi (2,5 mlrd. kubmetri) isə Gürcüstanın payına düşüb.
Nəzərə alsaq ki, ötən il qazın 1000 kubmetrinin dünya bazarında orta qiyməti 1500 dollar olub, onda Azərbaycan hökumətinin qaz ixracatından gələn gəlirləri təxminən 4 milyard dollara yaxınlasir.