“Azərbaycan Polşanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır” - Konrad Zaştovt
Polşanın Azərbaycanda nəqliyyat, tranzit, sənaye parklarında, Ələt azad iqtisadi zonasında həyata keçirilən layihələrdə, rəqəmsal iqtisadiyyat və innovasiyalar sahəsində əməkdaşlıq üçün maraqları var və bu sahədə ciddi addımlar atılır.
2022-ci ilin oktyabr ayında Polşa İnvestisiya və Ticarət Agentliyinin (PAIH) İdarə Heyətinin üzvü Zdzislav Sokal Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub. Görüş zamanı qarşılıqlı investisiya və ixrac imkanlarına dair razılıq əldə edilib.
Azərbaycan-Polşa iqtisadi münasibətləri barədə suallarını polşalı alim, iqtisad elmləri doktoru, Varşava Universitetinin dosenti Konrad Zaştovt cavablandırarkən deyib ki, Azərbaycan Polşanın Cənubi Qafqazda mühüm tərəfdaşıdır.