Azərbaycan və Türkmənistan e-CMR protokoluna qoşulub
Azərbaycan və Türkmənistan yük daşımalarının daha da rəqəmsallaşmasına töhfə verəcək elektron yük qaiməsi (e-CMR) protokoluna qoşulub.
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) yaydığı məlumata görə, e-CMR-dən istifadə Azərbaycan və Türkmənistan kimi iki regional tranzit mərkəzinə dəyişən marşrutlar üzrə artan mal axını və tranziti effektiv şəkildə idarə etməyə kömək edəcək.
e-CMR emal xərclərini azaldır, inzibati və faktura gecikmələrini aradan qaldırır və çatdırılma yerlərində uyğunsuzluqları azaldır. Protokol, həmçinin, qəbul və çatdırılma məlumatlarına real vaxt rejimində çıxışla daha dəqiq daşınma izləmə məlumatlarını təmin etməklə bütün təchizat zəncirinin şəffaflığını və təhlükəsizliyini artırır. Nəzərə alınarsa ki, e-CMR rəqəmsaldır, nəqliyyat şirkətləri onu digər xidmətlərlə asanlıqla inteqrasiya edə bilirlər.