Azərbaycanın yeni tətbiq etdiyi viza sistemi kimlərə şamil edilir? - Rəsmi açıqlama
Azərbaycanın yeni tətbiq etdiyi viza sistemi kimlərə şamil edilir? - Rəsmi açıqlama
Azərbaycan Xarici İşlər Nazirliyi ölkəyə səfər etmək niyyətində olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsi məqsədilə “Viza almaq üçün ərizə-anket portalı" istifadəyə verib.
Bununla bağlı bəzi xəbər portalları və mətbuat agentlikləri isə məlumatı kontekstdən çıxararaq xarici ölkə vətəndaşlarının quru yolla və ya hava yolu ilə viza tələb olunduğunu qeyd ediblər. Bu isə vətəndaşlar arasında ciddi çaşqınlığa səbəb olub.
Məsələ ilə bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayaraq sözügedən xidmətin hansı ölkə vətəndaşlarına şamil edildiyini maraqlanıb.
Nazirlikdən bildirilib ki, yaradılmış sözügedən elektron informasiya resursu vasitəsilə yalnız Azərbaycana viza tələb olunan ölkə vətəndaşlarına şamil edilir. Sözügedən xarici ölkə vətəndaşları səfər etmək istəyən zaman viza almaq üçün ərizə-anketi elektron qaydada doldurub və daha sonra təsdiq edərək, baxılması üçün Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarına göndərmək imkanına malik olacaq.
Bu portal Azərbaycana səfər etmək üçün viza tələb olunan xarici ölkə vətəndaşlarına aiddir. Gürcüstan vətəndaşlarının Azərbaycana səfər etməsi üçün viza tələb olunmur, lakin Gürcüstanda müvəqqəti yaşayan və Azərbaycana səfər etməsi üçün viza almaq istəyən digər ölkə vətəndaşları bu portal vasitəsilə müraciət edə bilərlər.
Qeyd edək ki, Gürcüstan vətəndaşları heç bir viza almadan hava yolu ilə sərbəst şəkildə Azərbaycana səfər edə bilirlər. Sözügedən yeni viza portalının quru sərhədlərlə heç bir əlaqəsi yoxdur və quru sərhəd vasitəsi ilə keçidə imkan vermir.